İranda “Instagram” və “WhatsApp”ın fəaliyyətiDAYANDIRILDI
İranda “Instagram” və “WhatsApp”ın fəaliyyəti dayandırılıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, yeni qərarla bağlı İranın Hibrid Müdafiə Təşkilatının komandiri general Cəlali xəbər verib:
““İnstagram” və “WhatsApp” sosial şəbəkələrinə qoyulan blok İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq edilib və bu şirkətlər ölkəmizin daxili qanunlarına əməl edəcəklərinə dair öhdəlik götürənə qədər bu qadağa davam etdiriləcək”, - deyə Cəlali vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu