İrandakı səfirliyimizə hücumun qarşısını alanlar təltif edildi
16:18
3 fevral 2023
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
1-ci dərəcəli “Rəşadət” ordeni ilə
Tağıyev Vasif Natiq oğlu
“Vətən uğrunda” medalı ilə
Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)
İmanov Mahir Kamil oğlu.
DİGƏR XƏBƏRLƏR
15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ
16:10
15 iyun 2024
Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir? - APA TV
15:13
15 iyun 2024
Palçıq Vulkanları Kompleksindən reportaj - məşhur şirin skeleti də buradadır - APA TV
13:31
15 iyun 2024
Sumqayıtda sorğu: Bir manata nə almaq olar?
11:48
14 iyun 2024