İrandan Biləsuvara güclü sel gəldi: Sakinlər təxliyə edildi

# 13:07
31 may 2023

Gecə saatlarından Biləsuvar rayonu ərazisinə İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Güclü sel suları sərhədyanı kəndlərdə təhlükəli vəziyyət yaratdığı üçün, rayonun Yuxarı Ağalı, Muğan kənd və Amankənd kənd sakinləri təxliyə olunub.

Biləsuvar və Cəlilabad rayonlarında ağır texnikalar hazır vəziyyətə gətirilib. Cəlilabad - Biləsuvar yolu boyunca arxlar, kanalların yanına texnikalar və canlı qüvvə cəlb olunub. Əraziyə FHN-in Muğan regional mərkəzin əməkdaşları, eləcə də FHN Muğan və Lənkəran hərbi hissələrinin əsgərləri cəlb olunub. Kəndlərə giriş - çıxışlar nəzarətə götürülüb. Sel təhlükəsinin tam qarşısını almaq üçün İranla sərhəddə ağır texnikalar işləyir. Görülən tədbirlər nəticəsində Bolqarçayda sel təhlükəsi qismən səngiyib.

Artıq 3 kənddən təxliyə olunan sakinlər evlərinə geri qaytarılıb.

Qeyd edək ki, Bolqarçayın daşması nəticəsində arıçılıq təsərrüfatlarına ziyan dəyib.   

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Biləsuvar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR