İranın Azərbaycan torpaqlarını işğalına etiraz etməməsinin səbəbi bəllidir - Ziyafət Əsgərov

# 13:44
16 noyabr 2022

“İran Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla sərhəddə 3 hərbi təlim keçirib. Sonuncu bunlardan ən böyüyü idi”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

 

Ziyafət Əsgərov bildirib ki, İran əsgərlərinin Araz çayını keçməsi, təlimlərdə daha çox hücum təyinatlı silahlardan istifadə edilməsi bu təlimlərin heç də İran rəsmilərinin açıqladığı kimi, sıradan təlim planına aid olmadığını göstərib:

 

“Azərbaycan Prezidenti keçən ilin oktyabrında İranın keçirilmiş təlimlərinə öz ciddi mövqeyini ortaya qoymuşdu və 30 il niyə belə təlimlər keçirilmədiyini sorğulamışdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra İran bu sərhədlərdə təlimlər keçirməyə başlayıb. Halbuki onun işğal dövründə öz sərhədlərini qorumağa ehtiyac var idi. İbrahim Rəisi niyə işğal dövründə bir dəfə də olsa, işğalın qəbul edilmədiyini bildirmədi? İranın qonşu dövlətin, həm də əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan torpaqlarını işğalına etiraz etməməsinin səbəbi bəllidir. İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar verilməsi kimi, məsələlər bizim diqqətimizdən qaçmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR