İranın neft naziri hökumətin iclasındainfarkt keçirdi
İranın neft naziri Cavad Ouci hökumətin iclaslarından birində infarkt keçirib və xəstəxanaya yerləşdirilib.
Bu barədə Lent.az "Mouze" teleqram kanalına istinadən məlumat yayıb. Bildirilir ki, hazırda nazirin vəziyyəti stabildir.
Məlumata görə, İranın 13-cü hökumətinin neft naziri Cavad Ouci ötən gün hökumətin iclasında qış fəslində ölkədə yanacağın təmin edilməsi və 2023-cü il dövlət büdcəsində neftin satış qiyməti ilə bağlı yaranan gərginlik səbəbindən infarkt keçirib.
DİGƏR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü
Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir
Sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu