İranın regiondakı pozuculuq fəaliyyəti uzunmüddətli münaqişə ocaqlarının yaranmasına səbəb olur
Azərbaycan və Ermənistan arasında 5-7 vasitəçinin prosesi idarə etmək istədiyini görürük
Deputat: Azərbaycan və Ermənistan arasında 5-7 vasitəçinin prosesi idarə etmək istədiyini görürük
“Torpaqlarımızın işğal altında olduğu dövrdə münaqişənin dondurulması siyasəti həyata keçirilirdi”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, indi də postmünaqişə dövründə biz dondurulma siyasətinin həyata keçirilməsinə cəhdləri görürük: “İndiyə kimi Ermənistan və Azərbaycan arasında hansı razılıqlar əldə edilibsə, onların yerinə yetirilməsinin dondurulması prosesi getməkdədir. İki tərəf bu razılaşmaları həyata keçirsəydi, bəlkə də bu proses çoxdan həllini tapmışdı. Hazırda 5-7 vasitəçinin prosesi idarə etmək istədiyini görürük. Diplomatiya tarixi onu göstərir ki, bu tip münaqişələrin həlli üçün ortada sülh müqaviləsinin layihəsi olmalıdır”.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək