İranla Ermənistan “Orta dəhliz” layihəsinə niyə mane olmağa çalışır?

# 16:35
27 dekabr 2022

Son vaxtlar beynəlxalq əhəmiyyət daşıyan “Orta dəhliz” layihəsi ətrafında müzakirələr intensivləşib. Layihənin icra olunmasında Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan da iştirak edir.

Bu layihənin ən aktiv iştirakçılarından biri isə Azərbaycandır. Ölkəmizdə həm qədim İpək yolu, həm də Şimal-Cənub dəhlizi boyunca güclü infrastruktur yaradılıb. Bu dəhlizlər boyu ən müasir tələblərə cavab verən avtomobil və dəmir yolu inşa edilib.

 

Deputat Vüqar Bayramovun sözlərinə görə, 2-ci Qarabağ müharibəsindən sonra bütövlükdə Azərbaycan, eləcə də region üzərindən reallaşan dəhlizlərə marağın artması müşahidə olunub.

Vüqar Bayramov qeyd edib ki, alternativ variant olaraq Zəngəzur dəhlizinin də istifadəyə verilməsi gözlənilir. Lakin hazırda İran və Ermənistanın yaratdığı gərginlik dəhliz üzərində görülən iş prosesini ləngidir.

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, növbəti ildən Ələt limanının genişləndirilməsi nəzərdə tutulub.

O əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəsi üçün ölkələr arasında vahid siyasətin, tariflərin razılaşdırılması və vahid idarəetmə mexanizminin formalaşdırılması lazımdır.

Ekspertin sözlərinə görə, “Orta dəhliz” layihəsi türk dövlətlərini birləşdirərək, onların vahid iqtisadi məkana çevrilməsinə səbəb olacaq. 

Bəzi qonşu ölkələr bu layihənin reallaşmasına həm özlərinin təsir imkanlarının azalması kimi baxırlar, həm də türk dövlətləri arasında transxəzər əlaqələrinin olmamasından iqtisadi fayda götürürlər.

“Orta dəhliz” reallaşdırılması çətin layihələrdən olsa da, onun yaxın zamanda gerçəkləşdirilməsi həm siyasi-strateji, həm də iqtisadi cəhətdən Azərbaycanın müsbətyönümlü inkişafına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR