İranlılar rüşvət istədi, Naxçıvanda sürücülər ayağa qalxdı

# 15:58
10 mart 2023

Bu gün Naxçıvan Baş Gömrük İdarəsinin qarşısında azərbaycanlı TIR sürücüləri etiraz aksiyası keçiriblər.

Aksiyaya səbəb İran gömrük əməkdaşlarının son iki ayda TIR sürücülərindən rüşvət tələb etməsi və onları əsassız olaraq günlərlə sərhəddə saxlamasıdır.

 

Aksiyada 80-dən çox TIR sürücüsü iştirak edib. “Biləsuvar gömrüyündə İran gömrükçüləri bizləri incidir və hər dəfəsində müxtəlif miqdarda rüşvət tələb edirlər. Elə olur ki, bizim Naxçıvandan Bakıya getməyimiz 800-1000 manatı ötür. Vermədiyimiz təqdirdə maşınlara narkotik atacaqları ilə hədələyirlər – deyən sürücülər bu məsələnin yoluna qoyulmasını tələb edirlər.

 

Bununla bağlı bir çox yerə şikayət etdiklərini bildirən TIR etirazçılar məsələ həllini tapmayınca, işləməyəcəklərini bildiriblər. Sürücüləri qəzəbləndirən həm də odur ki, onlar gömrükdə növbə gözlədiyi halda, İran və digər ölkələrə məxsus TIR-lar növbəsiz olaraq gömrük məntəqəsindən keçirlər.

 

"İki günə getdiyimiz yolu indi 12 günə gedirik" - deyən sürücülər Naxçıvan Baş Gömrük İdarəsinə şikayətlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR