İrəvan-Mehri yolunda hərbi maşın aşdı
Bu gün Dərələyəzdə qəza baş verib. İrəvan-Mehri yolunun 127-ci kilometrliyində Ermənistan Müdafiə Nazirliyinin “KamAz” markalı hərbi maşını aşıb.
APA TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib. Qeyd olunub ki, qəza nəticəsində 11 erməni hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Ermənistan Müdafiə Nazirliyinin Dərələyəz üzrə nümayəndəsinin verdiyi məlumata görə, hadisə nəticəsində yaralananların kimliyi dəqiqləşdirlməyib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib