İrəvanda atışma - Niderland vətəndaşı öldürüldü

# 18:52
1 may 2023

Aprelin 30-da İrəvanın Myasnikyan küçəsində atışma olub. Kriminal xəbər saytı olan "Shamshiyan"ın yaydığı məlumata görə, Evlərdən birinin girişind qan içində olan və huşunu itirmiş bir kişi aşkarlanıb. Məlum olub ki, ona silahdan atəş açılıb.

 

"Faktla bağlı mayın 1-də Ermənistan Cinayət Məcəlləsinin 155-1 və 335-1 maddələri ilə cinayət işi başlanıb. Sözügedən ərazidə binanın girişində tapılan kişi meyitinin baş nayihəsində güllə yarası olub. Onun şəxsiyyəti müəyyən edilib. İlkin məlumatlara görə, o Hollandiya vətəndaşıdır. Ərazidə olan şahidlər dindirilib. Baş verənlərlə bağlı bir sıra fərziyyələr irəli sürülüb, onun ətrafında genişmiqyaslı əməliyyat-axtarış, prosessual və istintaq hərəkətləri həyata keçirilir", - nəşr yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR