İrəvanda bayrağımızı yandıran beynəlxalq axtarışa verildi

# 16:35
20 aprel 2023

Dövlət bayrağının yandırılmasına görə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs beynəlxalq axtarışa verilib.

Baş Prokurorluqdan verilən xəbərə görə, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrilə başlanmış cinayət işinin istintaqı Baş prokurorluğun İstintaq idarəsində davam etdirilir.

Aram Nikolyan təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.Göstərilən xüsusatlarla əlaqədar Baş Prokurorluq tərəfindən həmin cinayət işinin istintaqının birgə əməkdaşlıq çərçivəsində aparılması üçün xarici dövlətlərin hüquq-mühafizə orqanlarına hüquqi yardım haqqında rəsmi müraciətlər göndərilərək Aram Nikolyan barəsində zəruri istintaq hərəkətlərinin keçirilməsi və dövlət sərhəddini keçdiyi halda saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya olunması xahiş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR