İrəvanda çempion olan türkiyəli atletlər ölkəmizə gəlib
“Bildiyimiz kimi, İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edən Türkiyə atletləri öz qələbələrini Azərbaycana həsr etmişdilər. Bu gün həmin idmançılar Prezident İlham Əliyevin dəvətilə ölkəmizə səfərə gəliblər”.
Atletləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin rəsmiləri, Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndələri, azarkeşlər və jurnalistlər qarşılayıblar.
Türkiyəli idmançıların Bakıda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları da nəzərdə tutulub.
ORXAN ASLAN
HƏZRƏT BAYRAMLI
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu