İrəvandan qayıdanlara şərait yaradılıb – APA TV

# 06:00
18 yanvar 2023

Aksiyadan əvvəl Ermənistanda qalmış ermənilərin Xankəndiyə getməsinə şərait yaradılıb Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya Sülhməramlı Kontingentinə məxsus daha 3 avtomobil təyinat nöqtəsinə doğru maneəsiz hərəkət edib. APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Laçından Xankəndi istiqamətinə gedən iki yük maşını da aksiya keçirilən yerdən keçid edib. Həmin avtomobillərin içərisində isə 26 nəfər- 20 uşaq və yeniyetmə, 6 nəfər isə yaşlı erməni olub. Həmin şəxslər aksiyadan əvvəl Ermənistana idman yarışına gedib və geri qayıtmaları ləngiyib. Onları Rusiya sülhməramlıları öz maşınları ilə aksiya ərazisindən keçərək Xankəndi istiqamətinə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR