İş adamını kafedə öldürdülər
Göyçayda qətl hadisəsi törədən şəxs tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə ötən gecə saat 22:00 radələrində rayonun Şəkər kənd sakini 1987-ci il təvəllüdlü Nicat Əliyev Göyçay şəhərindəki kafelərdən birində şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq rayonun Mırtı kənd sakini 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunu öldürüb. Hadisəni törədən Nicat Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin Göyçaydan Rusiyaya meyvə ixrac edən iş adamı olduğu bildirilir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib