İsmayıllı sakinləri Babadağda necə azıblar - özləri danışdı
İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, dəniz səviyyəsindən 3600 metr hündürlükdə olan yüksək dağlıq ərazidə, Babadağda itkin düşən 14, 16 və 18 yaşlı üç oğlan dərədən sağ-salamat çıxarılaraq ailəsinə təhvil verilib. Xilas edilən kənd sakinləri hadisənin necə baş verdiyini danışıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Babadağa ziyarətə gedən kənd sakinləri evə qayıdarkən baş verib. Sakinlərin dediyinə görə, onlara bələdçilik edən kənd sakini ani vaxtda onlardan uzaqlaşıb və uçuruma düşüb. Xilas olunan kənd sakinlərinə ilkin tibbi yardım göstərilib, səhhətlərində problem yoxdur. Dünyasını dəyişən bələdçi Mübariz Məmmədovun meyitinin çıxarılaraq Lahıc qəsəbəsinə gətirilməsi üçün hazırda işlər görülür.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib