İsmayıllıda ağır qəza - 13 NƏFƏR YARALANDI

# 11:35
30 dekabr 2021

İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Bakıdan Şəki istiqamətində hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu İsmayıllı şəhəri ərazisində "Niva" markalı minik avtomobili ilə toqquşub və yoldan çıxaraq aşıb.

 

Hadisə zamanı Şəki sakinləri - 1994-cü il təvəllüdlü Esmira Seyidova, 1981-ci il təvəllüdlü Gülafət Güliyeva, 1993-cü il təvəllüdlü Arzuman Məmmədli, 1985-ci il təvəllüdlü Dürdanə Səmədova, 1974-cü il təvəllüdlü Yaşar Səlimov, 1991-ci il təvəllüdlü Mehman Abduləzimov, 1973-cü il təvəllüdlü Könül Səlimova, 1986-cı il təvəllüdlü Sadiq Hacıyev, 1989-cu il təvəllüdlü Elvin Əhmədov, 2004-cü il təvəllüdlü Şəbnəm Xəlilova, 2005-ci il təvəllüdlü Qürbət Qaraşov, Bakı sakini 1997-ci il təvəllüdlü Pərviz Məmmədov və İsmayıllı sakini, 1970-ci il təvəllüdlü Xaliq Qaraşov müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR