İsmayıllıda bir ailənin 3 övladı eyni vaxtda tələbə adını qazanıb

# 17:23
6 sentyabr 2021

İsmayıllı rayonunda yaşayan bir ailənin üç övladı bu il universitetlərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edib.

 

 APA TV-nin yerli bürosunun xəbərinə görə, ölkəmizdə (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq 2020/2021-ci tədris ilində İsmayıllı rayonunun orta ümumtəhsil məktəblərini bitirən və ali məktəblərə qəbul olmaq üçün sənəd verən 700 nəfər məzundan 21-i 600-dən yuxarı bal toplayıb.

 

Rayon üzrə ən yüksək nəticəni Mollaisaqlı kənd tam orta məktəbinin məzunu, imtahanda 671 bal toplayan Mürsəlova İlknur Nofəl qızı göstərib.


 

Ən maraqlı anlar isə şəhid Sahib Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbinin məzunları arasında yaşanıb. Hazırda bu kənddə yaşayan Həsənovlar ailəsində 3 qat sevincdi. Kənd sakini Firdovsi Həsənovun 2 ekiz qızı və oğulu eyni vaxtda tələbə adını qazanıb. Ailənin qızları -Şəlalə Həsənova 471 bal və Lalə Həsənova 401 bal toplayıb. Hər üç abituriyent Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və biologiya fakultələrinə qəbul olunub.

 

 

Şəlalə deyir ki, adətən ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin son 2 ili gərgin zəhmətlə, gecə-gündüz dərslə məşğul olmaqla, bütün günü müəllim yanına gedib hazırlaşmaqla keçir. Ancaq Şəlalə və Lalə müəllim yanına getmədən imtahanda yüksək nəticə əldə edə bilib.

 

 

Ötən il orta məktəbi bitirən ailənin böyük övladı Həsənov Səməndərağa isə imtahanda 307 bal toplayıb. Səməndərağa keçən il tələbə adını qazanıb, lakin o, arzuladığı fakultəyə daxil olmadığı üçün bir il öz üzərində yenidən çalışaraq təkrar qəbul imtananlarında iştirak edib, istədiyi fakultəyə qəbul olub.

 

 

Şahnəzər Bəşirov

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR