İsmayıllıda məktəbli necə bıçaqlanıb? - TƏFƏRRÜATLAR BƏLLİ OLDU

# 17:49
4 oktyabr 2022

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı rayonunun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Fətəliyev Nihat Mübariz oğlunu bıçaqlayıb. Hadisə kənd yolunda baş verib. Döş qəfəsindən və bədənin digər nahiyəsindən bir neçə bıçaq xəsarətləri alan Nihat Fətəliyev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan şagirdin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA TV-nin sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.

 

Şahnəzər Bəşirov APA TV İsmayıllı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR