İsmayıllıda naməlum şəxs gecə vaxtı evə girdi və...
İsmayıllıda evdən qızıl və pul oğurlayan şəxs saxlanılıb
İsmayıllı şəhərində yerləşən evlərin birindən oğurluq edilib. Gecə saatlarında mənzilə daxil olan naməlum şəxs oradan qızıl-zinət əşyaları və nəğd pul oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş Elşən İsayev tərəfindən törədildiyi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və ifadəsində əməlini etiraf edib. Oğurladığı qızılların bir hissəsi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub