İsmayıllıda tələbə traktoru dərəyə aşırdı

# 13:51
6 iyun 2022

İsmayıllı rayonunda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə rayonun Hacıhətəmli kənd sakini, 2000-ci il təvəllüdlü Əliyev Ata Şahin oğlu dağlıq ərazidə atasına məxsus otbiçən traktoru idarə edərkən ehtiyatsızlıq edib, traktorun təkərinin qəflətən çökək yerə düşməsi səbəbindən nəqliyyat vasitəsi dərəyə aşıb. Ata Əliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun yanında olan kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Əfqan Əlixan oğlu xəsarət aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə Ata Əliyev Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin 4-cü kurs tələbəsidir. Mayın 29-da keçirilən magistratura imtahanında uğurla iştirak edərək qəbul olunan Ata Əliyev sabah universitetə gedəcəkdi. O, atasına ot biçməyə kömək edərkən hadisə baş verib.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR