İsmayıllıda yük maşını "VAZ 21011"in üstündən keçdi
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə rayonun Qalacıq kəndi ərazisində hərəkətdə olan "Shacman" markalı yük maşını qarşı tərəfdən gələn 06-BC-586 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub. Yük maşının altında qalan minik avtomobilinin sürücüsü Əsədov Hafiz Sabir oğlu hadisə yerində dünyasını dəyişib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib