İsmayıllının kəndində böyükdən balacaya hər kəs bu problemdən əziyyət çəkir

# 17:34
17 yanvar 2023

İsmayıllı rayonunun Çəmənli kəndinin yolları yararsız vəziyyətdədir.

Yararsız yol deyəndə ağlınıza asfaltı dağılmış yol gəlməsin, bu kəndin sakinləri heç vaxt asfalt yol görməyib. Qocası da, cavanı da hər qış dizə kimi palçığın içində yol getməli olur. Bu əziyyətdən ən çox nəsibi alan isə məktəblilərdir. Hər gün palçığın, suyun içində dərsə gedib-gəlirlər.

Sakinlər əsas yola kimi uzunboğaz çəkmə geyinərək getməli olur. Amma yolun palçığından təkcə çəkmə geyinməklə qurtulmaq olmur, yolda maşınların hərəkəti çətinləşir, çox vaxt palçığın içində batıb qalırlar.

Sakinlər bir neçə dəfə öz imkanları çərçivəsində yollarının təmirlərinə cəhd etsələr də problem köklü şəkildə həll olmayıb.

Kəndin aid olduğu Qalacıq bələdiyyəsindən bildirdi ki, qurumun hesabında yolların təmiri üçün vəsait olmadığından problem həllini tapmır.

Çəmənli kəndini əsas yolla birləşdirən yolun uzunluğu 4 km, kəndin daxili yollarının ümumi uzunluğu isə 2-dən artıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR