İspaniya səfirinin Qarabağla bağlı yazıb pozduğu tvit nədən xəbər verir?

# 19:15
15 avqust 2023

 

Avqustun 14-də İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb. Bu barədə İspaniya səfirliyi öz X (Twitter) hesabında paylaşım edib. İspaniya səfirliyi 250 erməni ailəyə maddi və sosial dəstək veriləcəyini bildirib. Üstəlik, paylaşımda dövlət qurumu Qarabağ separatçılarının qondarma “bayrağından” istifadə edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə İspaniyanın qanunsuz erməni separatçı rejimi təbliğ etməsinin qəbuledilməz olduğunu qeyd edib və bildirib ki, öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir: Bəs, səfirin mövqeyi ölkənin mövqeyi olduğu halda, separatizmdən əziyyət çəkən İspaniyanın Rusiyadakı səfirinin bu mövqeyi nəyə və ya kimə lazım idi? Deputat Ceyhun Məmmədov bildirib ki, Ermənistanın yaratdığı “TIR şousu”nda təəssüf ki, bir sıra Qərb ölkələri də iştirak edirlər. O əlavə edib ki, İspaniya səfiri öz işləri ilə məşğul olmalıdır. “İspaniyanın separatizmə verdiyi dəstək qəbuledilməzdir”. Bunu isə açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib. O əlavə edib ki, əhalinin 90 faizindən çoxu Kataloniyanın müstəqilliyinə səs versə də, krallıq bu nəticələri ləğv etdi və bölgənin idarəetməsində iştirakı nəzərdə tutulan nazirlər kabinetinin üzvləri də siyasi təqiblərə və repressiyalara məruz qaldı. Siyasi ekspert onu da əlavə edib ki, istənilən dövlətdən, o cümlədən İspaniyadan Azərbaycanın ərazi bütövlüyünə, milli iradəsinə qarşı açıqlamalar olarsa, buna görə geniş izahat tələb olunmalıdır. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin etirazından sonra İspaniyanın Rusiyadakı səfirliyi Azərbaycandakı separatizmi dəstəkləyən təxribat xarakterli tvitini silib. Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR