İspaniyalı məşqçi London klubundan qovula bilər

# 18:00
24 avqust 2021

İngiltərənin “Arsenal” klubu baş məşqçi Mikel Artetanı istefaya göndərməyi planlaşdırır.

 

APA TV Apasport.az saytınına istinadən xəbər verir ki, ilk iki turda alınan məğlubiyyətlər klub rəhbərliyini dəyişikliyə vadar edir.

 

London təmsilçisinin namizədliyini nəzərdən keçirdiyi məşqçilərin siyahısı da bəlli olub. “Arsenal” Artetanı 6 namizəddən biri ilə əvəzləyə bilər.

 

Növbəti turun avqustun 28-dəki matçında “Arsenal” “Mançester Siti” ilə görüşəcək. Bu qarşılaşma Arteta üçün sonuncu ola bilər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR