İsraillə data analitika və süni intellekt üzrə əməkdaşlıq edilir – APA TV
“Ben-Gruion” universitetinin mütəxəssisləri “Codelandia”da olublar. “Ben-Gruion” universitetinin professoru, data analitika və süni intellekt üzrə mütəxəssis Robert Maskovitçin gəlişi ilə əlaqədar “Codelandia”da görüş keçirilib. Professor Robert Moskovitç görüşdə data analitika və süni intellektin dövrümüz və gələcək üçün əhəmiyyətindən danışıb.
Görüşün əsas məqsədi yenilənən dünyada Azərbaycan vətəndaşlarının texnoloji, süni intellekt, data analitik savadlılığını artırmaq, bu sahədəki kadr çatışmazlığını aradan qaldırmaqdır. Görüşdə bu sahə ilə maraqlananların haradan başlamaları, minimum hansı biliklərin lazım olduğu, iş sahələri kimi mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
“Codelandia”nın direktoru Günel Cənnətova universitet təcrübə proqramından və təhsil imkanlarından danışaraq “Codelandia” və “Ben-Gruion” universiteti ilə əməkdaşlığın tələbələr üçün vacibliyini vurğulayıb. Günel Cənnətova əlavə etdi ki, 21-ci əsr data dövrü olduğundan data analitika sahəsində inkişaf çox əhəmiyyətlidir.
Aygün Carçıyeva.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib