İstanbul günorta çağı qaranlığa qərq oldu
Türkiyənin İstanbul şəhərində nadir təbiət hadisəsi yaşanıb.
Bu barədə görüntüləri tanımış jurnalist İbrahim Nəbioğlu paylaşıb. Onun sözlərinə görə, günorta saatlarında şəhərin üzərindən 7 kilometr qalınlığında qara bulud keçib. Bu zaman buludlar günəşin qarşısını tam tutub deyə, şəhər zülmətə qərq olub.