İstanbulda atışmada 4 Azərbaycan vətəndaşı yaralandı

# 11:36
12 sentyabr 2022

İstanbulda ticarət mərkəzlərinin birində silahlı insident baş verib.

 

APA TV xəbər verir ki, hadisə Sarıyer bölgəsində qeydə alınıb.

 

Belə ki, ticarət mərkəzinin kafesində əyləşən iki qrup arasında düşən mübahisə sonradan silahlı insidentə qədər böyüyüb.

 

Hadisə nəticəsində 4 Azərbaycan, 1 Türkiyə və 1 İran vətəndaşının yaralandığı bildirilir.

 

Onlardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.

 

Hazırda polis mübahisədə iştirak edən digər şəxslərin axtarışını davam etdirir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR