İstanbulda güllələnən aktyor SAĞDIR - DOSTU DANIŞDI
Dünən İstanbulda yaşayan soydaşımız, aktyor Kamran Dadaşzadənin başından güllə yarası alaraq öldürülməsi barədə xəbərlər yayıldı.
Aktyorun ailə dostu, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıçı Aygün Həsənoğlu Lent.az-a bildirib ki, Kamran Dadaşzadə hazırda Cərrah Paşa xəstəxanasında reanimasiya şöbəsindədir.
“Adətən, bu cür cinayət hadisələrində xəstəxanalar məlumat vermirlər. Ailəsi bizə bildirib ki, Kamran Dadaşzadənin beyin ölümü gerçəkləşib. O hazırda cihaza bağlı vəziyyətdədir. Həkimlər son ümid kimi bir dərmandan istifadə ediblər. Bu gün dərmana reaksiya verib-verməyəcəyi məlum olacaq. Reaksiya verərsə, onun yaşayacağına ümid yaranacaq. Möcüzə gözləyirik”,- deyə Aygün Həsənoğlu qeyd edib.
Xatırladaq ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.
Təsadüf nəticəsində hadisə yerində olan Kamran Dadaşzadə başından güllə yarası alıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?