İstanbulda güllələnən aktyor SAĞDIR - DOSTU DANIŞDI

# 12:15
25 may 2022

Dünən İstanbulda yaşayan soydaşımız, aktyor Kamran Dadaşzadənin  başından güllə yarası alaraq öldürülməsi barədə xəbərlər yayıldı.

Aktyorun ailə dostu, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıçı Aygün Həsənoğlu Lent.az-a bildirib ki, Kamran Dadaşzadə hazırda Cərrah Paşa xəstəxanasında reanimasiya şöbəsindədir.

“Adətən, bu cür cinayət hadisələrində xəstəxanalar məlumat vermirlər. Ailəsi bizə bildirib ki, Kamran Dadaşzadənin beyin ölümü gerçəkləşib. O hazırda  cihaza bağlı vəziyyətdədir. Həkimlər son ümid kimi bir dərmandan istifadə ediblər. Bu gün dərmana reaksiya verib-verməyəcəyi məlum olacaq. Reaksiya verərsə, onun yaşayacağına ümid yaranacaq. Möcüzə gözləyirik”,- deyə Aygün Həsənoğlu qeyd edib.

Xatırladaq ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Təsadüf nəticəsində hadisə yerində olan Kamran Dadaşzadə başından güllə yarası alıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR