İstənməyən körpələrin atıldığı qutular - GİZLİ MUZEYDƏN REPORTAJ

# 18:25
14 yanvar 2022

Muzey keçmiş Qaraşəhər müalicəxanasının binasında yerləşir. Bu həmin səhiyyə müəssisəsi idi ki, görkəmli dövlət xadimi, ədib və həkim Nəriman Nərimanov Həştərxan sürgünündən qayıdandan sonra 1914-1917-ci illərdə burada səhiyyə xidməti göstərib. Muzeyin hər zalında tibb elmində böyük xidmətləri olan həkimlər haqqında məlumatlar, onların əlyazmaları, əməliyyat zamanı istifadə etdikləri alətlər qorunur.

 

Muzeydə hələ 19-cu əsrin sonlarında xaricdə təhsil alan həkimlər haqqında guşə yaradılıb. Onların hamısı ilə sizi tanış etmək imkanımız olmasa da, maraqlı bir məqam diqqətimizi çəkdi. Qayıbovlar nəslindən olan Baba Qayıbov Mirzəmməd Qulu Molla Qarabaği, Azərbaycanın xalq şairəsi Xurşudbanu Natavanın xalq həkimi olubmuş.

 

Bu muzeyin hər guşəsi tarixə iz qoyan görkəmli insanların varlığından xəbər verir. Muzeydə Nəriman Nərimanova, ilk sanitar həkim Mustafa Şərifova, Azərbaycanın ilk Səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəyova və bir çox həkimlərə ayrıca bölmələr  həsr olunub. Muzeyin sonuncu zalında isə yeni tikilmiş, əsaslı təmir olunmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələrinin görüntüləri nümayiş etdirilir.

 

 

FATMA ZAHİDQIZI – MÜXBİR

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR