İstiliklə bağlı quraşdırılan sayğacların pulunu kim ödəyəcək? - APA TV

# 16:53
15 noyabr 2022

“Azəristiliktəchizat” ASC istilik mövsümünün başlanması ilə bağlı brifinq keçirib.

 

Brifinqdə 2022-2023-cü illər payız-qış mövsümünə hazırlıq tədbirlərinin icrasından danışılıb.

 

“Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, hazırda, Bakıda 22, regionlarda isə 46 istilik sistemi istismar sahələri fəaliyyət göstərir.   

 

Onun sözlərinə görə, təsərrüfatda istifadə olunan 20 mindən artıq nasos, istilik mübadilə aparatları və digər avadanlıqlar əsaslı təmir olunub: “Bu ilki mövsümdə 564 qazanxana istismar etməklə, əlavə olaraq, 88 istilik məntəqəsini istismar etməklə, 3871 yaşayış binası, 184 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 150-dən artıq səhiyyə müəssisəsi və 2300-ə yaxın digər təsərrüfat obyektlərinin sosial və yaxud da ki, konversiya müəssisələrinin istilik təchizatını təmin etməyə imkan verir”.

 

İlham Mirzəliyev işğaldan azad olunmuş bölgələrimizin istiliklə təmin olunması məsələsinə də toxunub: “Şuşa şəhərində artıq 7 qazanxana, istilik məntəqəsinin tikintisini tam şəkildə başa çatdırmışıq. Ümumilikdə quraşdırılmış güc 8110 kv/saatdır və 20-ə yaxın sosial obyekt hazırda, noyabrın 1-dən başlayaraq, istiliklə təmin olunur”.

 

O əlavə edib ki, mövcud tariflərlə hesablanan enerji dəyəri bütün istehlakçılar tərəfindən birmənalı ödənməlidir. Əks halda, maliyyə çətinlikləri, mövsümi hazırlıq tədbirlərinin icrasında problem yaranır: “Azəristilik olaraq biz 3 qrup istehlakçıya xidmət göstəririk. Əhali istehlakçıları, 3871 yaşayış binası və ya 184 min mənzil, büdcədən maliyyələşən təşkilatda 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə və 163 digər büdcə təşkilatları və 2000-dən artıq təsərrüfat hesablı müəssisə”.

 

Qeyd edək ki, “Azəristiliktəchizat”ın sayğaclaşdırma prosesi davam edir. Lakin sayğacların quraşdırılması hələlik qeyri-əhali qrupuna aiddir və bu proses istehlakçıların öz vəsaitləri hesabına reallaşır. Yaxın gələcəkdə əhali üçün nəzərdə tutulan sayğaclaşdırma prosesinin xərcini isə dövlət ödəyəcək.

 

ŞƏMS QULİYEVA

XƏYAL İSKƏNDƏROV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR