İstirahət mərkəzində 2 nəfəri kim bıçaqladı?
İyunun 6-ı saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki şəxsə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan APA TV-yə verilən xəbərə görə, aparılmış araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı orada istirahətə gəlmiş Həmid Abulov və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu