İstirahət mərkəzində toy edənlər cərimələndi
Şəkidə istirahət mərkəzində toy məclisi təşkil edənlər cərimələnib.
APA TV-nin məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı istirahət mərkəzlərinin birində toy məclisi təşkil edildiyi müəyyən olunub.
Rayonun Baş Layısqı kəndi ərazisindəki istirahət mərkəzində 100 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy mərasimi polislər tərəfindən dayandırılıb.
Xüsusi karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, məclisi təşkil edən şəxslər və qonaqlar barəsində protokol tərtib olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu