İsveçli beynəlxalq səyahətçilər Xudafərin körpüsünü ziyarət edib

# 13:57
13 may 2023

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Zəngilana səfəri baş tutub.

Qrupa “Club 100”ün İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edib.

Səfər iştirakçıları Cəbrayıl rayonunda tarixi Xudafərin körpüsünü ziyarət edib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır.

Bu səfərlər çərçivəsində dünyada tanınan 200-dən çox səyyah Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olublar.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR