İtaliyanın qadın pilotu Kiyevin müdafiəsində
23 yaşlı italyan qırıcı təyyarə pilotu Culiya Şiff Ukraynada Rusiyanın hücumlarından müdafiəyə qoşulub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Culiya İtaliya Hərbi Hava Qüvvələrinin keçmiş pilotudur. İndi Kiyevi Rusiya ordusunun hücumlarından qoruyur. Müharibənin əvvəlindən o, Beynəlxalq Ərazi Müdafiə Legionunun könüllülərinin tərkibində xidmət edir. O, bölməsində yeganə qadındır.
Bir neçə ay əvvəl Culiya, Pozzuoli Akademiyasında üzləşdiyi mobbing və “dedovşina” ilə bağlı rəsmi şikayətlərə görə İtaliya Hərbi Hava Qüvvələrindən qovulub.
Məlumata görə, Culiyanın kişi həmkarları təyyarədə onun başına vurub, daha sonra kürəyinə qamçı ilə vuraraq hovuza atıblar.
Müşahidə kameralarına düşən videoya baxmayaraq, məhkəmə qanun pozanların tərəfini tutub və Şiffi İtaliya Hərbi Hava Qüvvələrindən qovulub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu