İtkin düşən Qəbələ sakinini qaçırdıblar?
Qəbələdə Noyabrın 29-u ilkin düşən Səyavuş Həmidovun axtarışları davam etdirilir.
İtkin düşən şəxsin ailə üzvləri hələ ki, heç bir nəticə əldə edilmədiyini və hər keçən gün ümidlərinin daha da azaldığını bildirir. Səyavuş Həmidovun qardaşı Mehdi Həmidov qardaşının qaçırıldığına inandıqlarını bildirib.
Məlumata görə, hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu