İtkin düşərək 3 ay sonra tapılan qızın anası APA TV-yə danışdı

# 22:45
14 avqust 2021

Bakıda üç ay əvvəl yoxa çıxan qız tapılıb.

                                                                                                       

APA TV-nin xəbərinə görə, 2004-cü il təvəllüdlü Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbə sakini Əliyeva Leyla Rauf qızı itkin düşdükdən 3 ay sonra tapılıb.

 

Leyla Əliyevanın anası qızının sonradan tanış olduğu rəfiqəsi vasitəsilə Zaqatala rayonuna aparıldığını və orada tanımadığı yaşlı qadın və kişi ilə birlikdə saxlanıldığını bildirib.

Raisə Əliyeva APA TV-yə bildirib ki, qızı Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Zaqatala rayonunda aşkar edilib. O əlavə olaraq deyib ki, qızı dini qruplaşma üzvləri tərəfindən aldadılaraq evdən gedib:

“Mayın 20-dən itib. Hər yerə xəbər etmişdik. Dini qruplaşmaya qoşularaq qaçıb. Bu din qruplaşmasıdır. Dünən tapıb gətiriblər. Ailəni tanıyıram. Amma, hansı qruplaşma olduğunu polislər araşdırıb, onlar daha yaxşı bilirlər. Mənə çox şeyi deməyiblər. İndi qızım yaxşıdır, sadəcə biraz psixoloji durumu normal deyil. Özünə gəlməyinə vaxt lazımdır”.

 

Bakıda üç ay əvvəl itkin düşən yeniyetmənin Zaqatala rayonunda tapılması ilə bağlı araşdırma aparılır.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2004-ci il təvəllüdlü Əliyeva Leyla Rauf qızının hansı məqsədlə  evdən getməsi və ya qaçırılması barədə hazırda  araşdırma aparılır. Araşdırmanın nəticəsinə görə  qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR