İtkin düşmüşdü, məscidi qarət etdi
Masallı rayonunda məsciddən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Masallı rayon Polis Şöbəsinə dekabrın 24-nə keçən gecə Boradigah qəsəbəsi ərazisində yerləşən məsciddən 1 ədəd plafon, 1 ədəd elektron saat, 3 ədəd fləşkart, 1 ədəd açar dəsti və 1 ədəd mikrofonun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Viravul kənd sakini Zülfi Nəzərli və Lənkəran şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Murad Əsədzadə müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar Zülfi Nəzərlinin itkin kimi axtarışda olması da müəyyən edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu