İtkin şəxsdən 16 gündür xəbər yoxdur - “maşını ola-ola taksi ilə gedib”

# 19:41
15 dekabr 2022

Qəbələdə noyabrın 29-dan meşəlik ərazidə itkin düşən Səyavuş Həmidovun axtarışları davam etdirilir.

 

16 gündür davam edən axtarışlar hələ ki, heç bir müsbət nəticə verməyib. Yaxınlarının bildirdiyinə görə,  Səyavuş Həmidov itkin düşmədən bir neçə gün öncə siqaret çəkməyə başlayıb. Doğmaları onun son zamanlar çox fikirli göründüyünü də bildirirlər.

Səyavuş Həmidov şəxsi maşını olduğu halda çay kənarına taksi ilə getməsi ailəsi tərəfindən şübhəli məqam kimi qiymətləndirilir. Ailə bildirir ki, əldə edilən  görüntülərdə qardaşı çox gərgin və narahat görünür.

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici qüvvələri və itkin düşən şəxsin qohumları və qardaşı Qəbələdə Dəmiraparan çayı sahilində və yaxın ərazilərdə axtarışları davam etdirir.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlu Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşüb.

 

FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri noyabrın 30-da axtarış işlərinə cəlb olunub. Hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR