İyulun 1-dən kimlərə müddətsiz əlillik təyin ediləcək? - Sədr açıqladı

# 17:57
10 iyun 2022

“Sağalmaz xəstəliyi olan uşaqlar yetkinlik yaşına çatdıqdan sonra təkrar qiymətləndirməyə cəlb olunmayacaq. Yeni meyarlara əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq ifadəsi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs olaraq dəyişdiriləcək.Hazırda sağalmaz xəstəliklə bağlı uşaqlara 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu təyin edilir və 18 yaş tamam olanda təkrar qiymətləndirmə aparılır. 1 iyuldan etibarən sağalmaz xəstəliklə bağlı uşaqlara müddətsiz əlillik təyin ediləcək və heç vaxt təkrar qiymətləndirmə aparılmayacaq.Gələn aydan isə diaqnozu ağır olan, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial ödənişlər də daha yüksək olacaq. Həmçinin hazırda əlilliyə əsas verən birdən çox xəstəlik olduqda, onlardan yalnız biri üzrə əlillik təyinatı aparılır. İyuldan etibarən əlilliyə əsas verən iki və daha çox xəstəlik olduqda, həmin xəstəliklər eyni əlillik faizləri olduqda - yekun göstərici 10% olaraq qiymətləndiriləcək. Fərqli əlillik faizləri olduqda - ən yüksək olanı 10% artırılmaqla əlillik müəyyən ediləcək”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR