“Jiquli” qırmızı işıqda keçib “Kia”ya çırpıldı - APA TV
Bakının Səbail rayonunda yol qəzası baş verib.
APA TV xəbər verir ki, hadisə Bülbül prospekti və Zərifə Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.
Bülbül prospekti ilə hərəkət edən "VAZ-2107" markalı avtomobil qırmızı işıqda keçərək "Kia" markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində "VAZ-2107"də olan iki nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Zərbənin gücündən "VAZ-2107" ciddi deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək