Jurnalistlər Füzulinin işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatını izləyiblər
Mətbuat nümayəndələri Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatını izləyiblər.
APA TV-nin əməkdaşının məlumatına görə, media nümayəndələri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nəzarəti altında Füzuli rayonun Alxanlı kəndində prosesi müşahidə ediblər.
ANAMA əməkdaşları Alxanlı kəndi ərazində Azərbaycan və Ermənistan qoşunlarının keçmiş təmas xəttinin neytral ərazisində minatəmizləmə əməliyyatı həyata keçirir.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü