Jurnalistlər Hadrutun su təchizatı məqsədilə görülən işlərin gedişi ilə tanış olublar

# 14:16
7 may 2021

Media nümayəndələri işğaldan azad olunan Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib.

 

APA TV xəbər verir ki, səfər çərçivəsində jurnalistlər mərmi partlaması nəticəsində sıradan çıxmış su xəttinin təmiri işlərinin gedişi ilə tanış olublar.

 

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, hazırda Hadrut qəsəbəsinin su təminatı təbii bulaqlar və artezian quyuları vasitəsi ilə həyata keçirilir.

 

"Qəsəbə işğaldan azad edildikdən sonra ilkin olaraq hərbçilər oraya yerləşdirildi. Bu zaman su təchizatında problemlər vardı. Tərəfimizdən Hadrut qəsəbəsinə mütəxəssislər göndərildi. İlkin olaraq mənbələrin araşdırılması üçün təhlükəsizlik tədbirləri görüldü. Müvafiq qurumlar tərəfindən ərazi minalardan təmizləndi. Daha sonra su mənbələri tapıldı və bərpa olundu. 30-dan çox qəza aradan qaldırıldı, anbar istifadəyə verildi. Orada yerləşən hospital və hərbi hissə su ilə təmin olundu. Məskunlaşma artdıqca su təminatı işləri müvafiq qaydada davam etdiriləcək" , - deyə Anar Cəbrayıllı bildirib.

 

Hazırda Hadrut qəsəbəsinə 1 saat ərzində 60 kub/metr su verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR