Kamran Əliyev onu aşağı vəzifəyə göndərdi - Yeni təyinatlar

# 15:22
24 fevral 2023

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişiklikləri olub.

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunub.

Digər əmrlə o, Şərur Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilib.

Bundan başqa, qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Şərur rayon prokurorunun müavini Anar Həsənov isə Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxil işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru Sərxan Həsənzadə Culfa rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR