Kanaldan meyiti tapılan qadın kim imiş?
Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən Səlminaz Rüstəmovanın meyiti tapılıb.
Bu barədə APA-ya onun yaxınları məlumat verib.
1971-ci il təvəllüdlü Səlminaz Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Şabran rayonu ərazisindən keçən kanalda aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Səlminaz Rüstəmova yanvarın 4-də özünü Samur-Abşeron kanalına atıb.
Onun atası da uzun illər əvvəl özünü eyni kanala ataraq intihar edib.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib