Kartdan pul çıxaran vətəndaşları belə aldatdılar
Gəncədə vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Səxavət Məmmədov və Cabir Əsgərov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 1000 manat miqdarında maddi ziyan vurub.
Saxlanılan şəxslərin Gəncə şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında anoloji cinayətlər törətməsi istisna edilmir. Faktla bağlı araşdırmalar davam edir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib