Karuseldən yıxılan azyaşlıdan xəbər var

# 19:19
21 iyun 2022

Gəncədə bədbəxt hadisə baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, 12 yaşlı Nuray Abbasovanın xəsarət aldığı hadisə şəhərin Bayraq meydanı adlanan park-bulvar ərazisində qeydə alınıb. Attraksionlardan birinin sınması balacanın müxtəlif bədən xəsarəti almasına səbəb olub. Hadisə müşahidə kamerasında da düşüb

 

Gəncədəki özəl xəstəxanaların birinə yerləşdirilən azyaşlının səhhəti ilə maraqlanmaq istədik. Bizə tibb müəssisəsindən ancaq şifahi olaraq bildirildi ki, uşağın səhhəti hazırda normaldır. Tam məlumat əldə etmək üçün Nuray Abbasovanın anası Günel xanımla əlaqə qurmağa çalışdıq. Lakin o müsahibə vermək istəmədi.

 

Apardığımız qısa sorğu zamanı isə sakinlər belə əyləncə məkanlarında uşaqlara nəzarət edən əməkdaşların olmamasından narahatlıqlarını ifadə etdilər.

 

 

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi attraksionun nəzərdə tutulan tələblərə cavab vermədiyi qənaətindədir.

 

Artıq faktla bağlı araşdırmalara başlanılıb, araşdırmanın nəticəsindən sonra hadisəyə hüquqi qiymət veriləcək.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

 

Attraksionun sahibi fərdi sahibkar Həsən Həsənov əməkdaşlarımıza bildirib ki, bu hal ilk dəfədir baş verir. Sahibkarın sözlərinə görə azyaşlı elə də hündür məsafədən yıxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR