Kazanda məktəbdə atəş səsləri: 8 ölü, 21 yaralı

# 15:38
11 may 2021

Rusiyanın Kazan şəhərindəki məktəblərin birində silahlı insident baş verib.

 

APA TV “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı 1 müəllim və 7 şagird ölüb. 21 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Tatarıstan prezidenti Rüstəm Minnixanov məktəbə silahlı hücum edən terrorçulardan 19 yaşlı şəxsin saxlanıldığını, digərinin isə məhv edildiyini qeyd edib.

 

Faciə ilə əlaqədar 12 may tarixi Tatarıstanda matəm günü elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR