Keçilməz yol, qaranlıq küçə və ölümlə nəticələnən yol qəzaları - İCRA HAKİMİYYƏTİ HARA BAXIR?

# 13:16
13 dekabr 2021

Nə piyada səkisi var, nə də gecə işıqlandırması. Elə Göyçay sakinlərini narahat edən də budur. Çünki piyada səkiləri olmadığından sakinlər avtomobil yolu ilə hərəkət etməli olurlar. Bu isə qaranlıq küçədə yol qəzalarına səbəb ola bilir. Sakinlərin sözlərinə görə, Heydər Əliyev prospektinin hər iki tərəfində vaxtilə piyada səkiləri mövcud olub. Sonradan səkilər dağılaraq bərbad vəziyyətə düşüb.

 

Bu barədə sakin Tural Mürsəlov deyir ki, bu səkilərin olmaması uşaqlar üçün böyük təhlükədir: “Çünki yol dar, uşaqlar yolun kənarı ilə gedir. Maşınlar da sürətli sürürlər, hər birimiz valideyn olaraq narahatıq ki, uşaqları maşın vura bilər. Aidiyyəti qurumlar qısa zamanda bu səkiləri düzəltsin ki, uşaqlar rahat gedib-gəlsinlər. Əvvəllər yaxşı olub, sonradan baxımsızlıqdan belə vəziyyətə düşüb”.

 

Sakin Elnur Kazımov isə deyir ki, bura qəti baxan yoxdur: “Şəkilər yoxdur, yağış yağır yollar göl olur. Kol-kosdur, heç nəyinə baxılmır. Elə vəziyyətdədir ki, çox çətinlik çəkirik. Bir tərəfdən səkini arx kəsir, digər tərəfdən torpaq kəsir. Hadisədə olanda deyirlər uşaq yolla niyə gedir. Bəs haradan getsin. Səkilər bərbaddır. Qıraqları palçıq basıb, lildir. Hər şey göz önündədir, bərbad vəziyyətdədir. Yolun yarısına kimi işıq yoxdur”.

 

Yaxınlıqda Göyçay şəhər 9 saylı tam orta məktəbin, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Göyçay Peşə Liseyi və bir neçə idarə binasının olmasını nəzərə alsaq yolun hansı əhəmiyyətə malik olduğunu bilmək o qədər də çətin deyil.

Şagirdlər deyir ki, səkilərlə getmək mümkün deyil: “Səkilərlə getmək

 

Göyçay rayon İcra Hakimiyyəti də məsələdən xəbərdardır. İcra Hakimiyyətinin memarlıq şöbəsinin aparıcı mühəndisi Şamxal Süleymanov bildirdi ki, səkilərin bərpası ilə bağlı vətəndaşların müraciətinə baxılıb: “Bir qrup vətəndaş tərəfindən bizə həmin ərazilərin işıqlandırılması və  səkilərin qurulması ilə  bağlı müraciətləri olub. İzah etmişik ki, Heydər Əliyev prospekti Göyçay Peşə Liseyinin yanında bitir və Birinci Ərəb kəndin Kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisi olduğundan orada səkilərin quraşdırılması nəzərdə tutulmayıb”.

 

Bizə deməyə yalnız bir söz qalır. Yol mədəniyyətdir, amma bu yolun yenidən qurulmasında heç niyyəti mədəni olanlara rast gəlmədik. Ümid edirik ki, hər hansısa hadisə baş vermədən aidiyyəti qurumlar bu ərazidə səkilərin nə qədər vacib olduğunu anlayarlar.


Şahnəzər Bəşirov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR