Keçmiş məhkum 6 min manatlıq oğurluq etdi - GƏNCƏDƏ
Gəncədə qonşusunu evindən oğurluq edən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub, əvvəllər məhkum olunmuş, şəhər sakini Kərim Məmmədov iki fərdi yaşayış evinə daxil olaraq oradan ümumilikdə 6000 manata yaxın məişət əşyaları oğurlayıb: “Köhnə qaraj idi, satılası əşyalar çıxdı. Metal əşyalar idi, onu da aparıb 90 manata satmışam. Bir də zirzəmidə mis samovar və başqa əşyalar götürüb satmışam”.
Maddi sübutlarla birlikdə saxlanılan Kərim Məmmədov barəsində cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik